42

Chenot Palace Health Wellness Hotel Gabala

4590 m

Chenot Palace Health Wellness Hotel Gabala

Tarih

30 Nov - 30 Nov

Süre

Yorumlar

123

Misafir Değerlendirmeleri

0/5

Müsait

25

Dahil

Tura Genel Bakış

Chenot Palace Health Wellness Hotel Gabala

CHENOT PALACE PROQRAMLARI Gabala
1) 6 günlük Əsaslı Detoks Anri Şeno Proqramı – bir adam üçün 3000 Avro
Bu proqram, zaman boyunca orqanizmi bədəndə toplanan toksinləri çıxarmağa stimulyasiya edən unikal Şeno Metodu prosedurlarından və pəhriz planından ibarətdir. Bədəndə enerji axını və bloklarının qiymətləndirilməsindən sonra ilkin bioenerji yoxlanılması həyata keçirilir və prosedurlar hər bir şəxsin individual ehtiyaclarına uyğun olaraq müəyyən olunur və ixtisaslaşmış personal tərəfindən davamlı olaraq nəzarət altında saxlanılır.
Proqrama daxildir:
• 3 Tibbi Konsultasiya
• Proqramın əvvəlində və sonunda Qidalanma üzrə 2 Konsultasiya
• Detoksikasiya Pəhrizi
• DEXA (Sümük sıxlığı analizi) ilə Bədə Strukturunun 1 Analizi
• 1 Bio-Enerji Yoxlanılması
• 4 Şeno Bio-Enerji Proseduru
• 6 Şeno Enerji Massajı
• 6 Hidro-Aromaterapiya Proseduru
• 6 Fito-Palçıq Prosedurlu
• 6 Hidro-Şırnaq Proseduru
• İdman zalına, qapalı hovuza, sauna və buxar hamamına pulsuz giriş.
İlkin tibbi konsultasiyadan (seçimə bağlı, qiymətə daxil deyil) sonra əlavə skrinninq testləri və faydalı prosedurlar:
• Müəyyən göstəricilər üçün qan və/və ya sidik nümunələrinin Biokimyəvi Analizi
• Antioksidantlar, Vitamin və Minerallar ilə sistematik Vita-Miks əlavələri
• Sistematik Ozon Tətbiqi
• Hidro-Kolon Prosedurları
2) 6 günlük Qabaqcıl Detoks Anri Şeno Proqramı – bir adam üçün 3400 Avro
Bu proqram, toxumaları dərindən təmizləmək və fizioloji balansı bərpa etmək məqsədi daşıyır. Bu proqram, orqanizmin oksidativ stress və metabolik intoksikasiya səviyyəsini müəyyən edən tibbi diaqnostika və unikal Şeno Metodu prosedur və pəhrizlərinin kombinasiyasından ibarətdir. Bundan sonra əlavə detoks protokolları və seçimə bağlı antioksidantların və dərinə nüfuz edən vasitələrin damar daxilinə yeridilməsi həyata keçirilir. İxtisaslaşmış tibbi personal individual təyin olunmuş prosedurları nəzarət altında saxlayır.
Proqrama daxildir:
• 3 Tibbi Konsultasiya
• Proqramın əvvəlində və sonunda Qidalanma ilə bağlı 2 Konsultasiya
• Detoksikasiyaedici Pəhriz
• Detoks Pəhrizi Əlavələri
• Şeno Qabaqcıl Tibbi Diaqnostikası*:
- Yaşla əlaqədar Vaskulyar Sərtlik
- Mineral və Ağır Metallar ilə İntoksikasiya Analizi
- Oksidativ Stress Qiymətləndirilməsi
- Proqressiv Qlikasiya Son Məhsulları AGE-lər
- Dəridə Kollagen Sıxlığının Qiymətlədnirilməsi
• DEXA ilə Bədən Quruluşunun 1 Analizi
• 1 Bio-Enerji Yoxlanması
• 2 Sistematik Detoks Vita-Miks Əlavəsi
• 4 Şeno Bio-Enerji Proseduru
• 6 Şeno Enerji Massajı
• 6 Hidro-Aromaterapiya Proseduru
• 6 Fito-Palçıq Proseduru
• 6 Hidro-Şırnaq Proseduru
• İdman zalına, qapalı hovuza, sauna və buxar hamamına pulsuz giriş.
• Yeni Şeno Qabaqcıl Tibbi Diaqnostikası, bizim ixtisaslaşmış tibbi mütəxəssislərimizin holistik və sistematik metodlardan istifadə edərək həyata keçirdikləri yoxlamalar sayəsində Sağlamlıq Vəziyyətini qiymətləndirməsi və qonaqlarımızın ehtiyaclarını aşkar edərək, individual müalicə planının yaradılmasından ibarətdir. Bizim qabaqcıl tibbi skrinninq testləri, həyat tərzinin sağlamlıq və rifaha təsiri üzərinə konsentrasiya olunur.
İlkin tibbi konsultasiyadan (seçimə bağlıdır, qiymətə daxil deyil) əlavə skrinninq testləri və faydalı prosedurlar:
• Müəyyən göstəricilər üçün qan və/və ya sidik nümunələrinin biokimyəvi analizi
• Sistematik Ozon Tətbiqi
• Hidro-Kolon Proseduru
3) 6 günlük Profilaktika və Yaşlanmaya qarşı Anri Şeno Proqramı – bir adam üçün 4300 Avro
Bu proqram, orqanizmi balansı bərpa etmək və öz funksiyalarını yenidən ayarlamağa stimulyasiya etməyi nəzərdə tutur. Hazırki vəziyyətin diaqnostikasından sonra bədənin müxtəlif funksional sistemlərinin bioloji yaşları müəyyən olunur. Bu proqramda bədənin stress səviyyəsini göstərən unikal Şeno Metodu prosedurları və tibbi diaqnostik testlərdən istifadə olunur.
Profilaktik və bərpaedici effekt üçün Ixtisaslaşmış tibbi mütəxəssislər güclü və effektiv prosedurlar planı hazırlayırlar. Unikal Şeno Metodu prosedurları və pəhrizi əlavə qidalandırıcılar protokolu və seçimə bağlı olaraq damar daxilinə cövhərlərin optimal yeridilməsi ilə orqanizmə güclü təsir edir.
Proqrama daxildir:
• 3 Tibbi Konsultasiya
• Proqramın əvvəlində və sonunda 2 Qidalandırma üzrə Konsultasiya
• Detoksiksiyaedici Pəhriz
• Pəhrizə uyğun Qidalandırıcı Əlavələr
• Şeno Qabaqcıl Tibbi Diaqnostika Plyus*:
- Yaşlanma ilə əlaqədar Vaskulyar Sərtləşmə
- Mineral və Ağır Metallar ilə İntoksikasiyanın Analizi
- Oksidativ Stress Qiymətləndirilməsi
- Proqressiv Qlikasiya Son Məhsullarının ölçülməsi AGE-lər
- Dəridə Kollagen sıxlığının Qiymətləndirilməsi
- Həyat Tərzi Stressinin Qiymətləndirilməsi
• Fitness Konsultasiyası ilə Kardiorespirator Qiymətləndirilmə
• 1 Qamət və Hərəkət Qiymətləndirilməsi
• DEXA ilə birlikdə Bədən Quruluşunun 1 Analizi
• 1 Rəqəmsal İnfraqırmızı Termal Şəkilləndirmə
• 1 Bio-Enerji Yoxlanması
• 2 Yaşlanma əleyhinə Sistematik Vita-Miks Əlavələri
• 2 Sistematik Ozon Tətbiqi
• 4 Şeno Bio-Enerji Proseduru
• 6 Şeno Enerji Massaji
• 6 Hidro-Aromaterapiya Proseduru
• 6 Fito-Palçıq Proseduru
• 6 Hidro-Şırnaq Proseduru
• İdman zalına, qapalı hovuza, sauna və buxar hamamına pulsuz giriş.
* Yeni Şeno Qabaqcıl Tibbi Diaqnostikası, bizim ixtisaslaşmış tibbi mütəxəssislərimizin holistik və sistematik metodlardan istifadə edərək həyata keçirdikləri yoxlamalar sayəsində Sağlamlıq Vəziyyətini qiymətləndirməsi və qonaqlarımızın ehtiyaclarını aşkar edərək, individual müalicə planının
yaradılmasından ibarətdir. Bizim qabaqcıl tibbi skrinninq testləri, həyat tərzinin sağlamlıq və rifaha təsiri üzərinə konsentrasiya olunur.
İlkin tibbi konsultasiyadan (seçimə bağlıdır, qiymətə daxil deyil) əlavə skrinninq testləri və faydalı prosedurlar:
• Müəyyən göstəricilər üçün qan və/və ya sidik nümunələrinin biokimyəvi analizi
• Bütün Orqanizmin Krioterapiyası Proseduru
• Yüksək tonlu Enerji Proseduru
• Nevroloji Prosedur
4) 6 günlük Stressdən Qurtulmaq və Enerjini Bərpa Etmək üçün Anri Şeno Proqramı – bir nəfər üçün 4600 Avro
Bu proqram orqanizmi öz çevikliyini və enerji səviyyəsini bərpa etməyə stimulyasiya edir. Davamlı olaraq dəyişən dünya bədənimizə çoxlu stress oyadıcıları ilə təsir edərək onu öz elastikliyini itirməyə sövq edir. Bu, zəifliyə, yorğunluğa, tükənməyə və haldan düşməyə gətirib çıxarır. Tibbi diaqnostik testlər stress oyadıcılarının bioloji nəticələri haqqında kifayət qədər məlumat əldə etməyə imkan verir. İxtisaslaşmış tibbi mütəxəssislər individual ehtiyacları qiymətləndirir və unikal Şeno Metodları ilə kombinə olunmuş effektiv, enerjiverici prosedurlar planı hazırlayırlar.
Proqrama daxildir:
• 3 Tibbi Konsultasiya
• Proqramın əvvəlində və sonunda Qidalanma üzrə 2 Konsultasiya
• Detoksikasiyaedici Pəhriz və ya Bioyüngül Pəhriz
• Adaptogen Pəhriz Qidalanma Əlavələri
• Şeno Qabaqcıl Tibbi Diaqnostika Plyus*:
- Yaşlanma ilə əlaqədar Vaskulyar Sərtləşmə
- Mineral və Ağır Metallar ilə İntoksikasiyanın Analizi
- Oksidativ Stress Qiymətləndirilməsi
- Proqressiv Qlikasiya Son Məhsullarının ölçülməsi AGE-lər
- Dəridə Kollagen sıxlığının Qiymətləndirilməsi
- Həyat Tərzi Stressinin Qiymətləndirilməsi
• 1 Qamət və Hərəkət Qiymətləndirilməsi
• DEXA ilə1 Bədən Quruluşu Analizi
• 1 Rəqəmsal İnfraqırmızı Termal Şəkilləndirmə
• 2 Anti-Stress Sistematik Vita-Miks Əlavələri
• 1 Sistematik Ozon Tətbiqi
• 1 Bio-Enerji Yoxlanılması
• 4 Şeno Bio-Enerji Proseduru
• 6 Şeno Enerji Massaji
• 6 Hidro-Aromaterapiya Proseduru
• 6 Fito-Palçıq Proseduru
• 6 Hidro-Şırnaq Proseduru
• 2 LED Biofotomodulyasiya Proseduru
• 1 Yüksək Ton Enerji Proseduru
• 1 Nevroloji Prosedur
• İdman zalına, qapalı hovuza, sauna və buxar hamamına pulsuz giriş.
* Yeni Şeno Qabaqcıl Tibbi Diaqnostikası, bizim ixtisaslaşmış tibbi mütəxəssislərimizin holistik və sistematik metodlardan istifadə edərək həyata keçirdikləri yoxlamalar sayəsində Sağlamlıq Vəziyyətini qiymətləndirməsi və qonaqlarımızın ehtiyaclarını aşkar edərək,
individual müalicə planının yaradılmasından ibarətdir. Bizim qabaqcıl tibbi skrinninq testləri, həyat tərzinin sağlamlıq və rifaha təsiri üzərinə konsentrasiya olunur.
İlkin tibbi konsultasiyadan (seçimə bağlıdır, qiymətə daxil deyil) əlavə skrinninq testləri və faydalı prosedurlar:
• Müəyyən göstəricilər üçün qan və/və ya sidik nümunələrinin biokimyəvi analizi
• Bütün Orqanizmin Krioterapiyası Proseduru
• Osteoterpiya Proseduru
5) Çəkinin Azaldılması üçün Metabolik Optimallarşdırıcı 14 günlük Anri Şeno Proqramı – bir nəfər üçün 7600 Avro
Bu proqram, metabolizmi yaxşılaşdırmaq, orqanizmin enerji səviyyəsini artırmaq və lipolitik fəaliyyət ilə bədənin estetik görünüşünü yaxşılaşdırmaq və çəki itirməsi üçün nəzərdə tutulmuşdur. O, qabaqcıl texnologiyalı tibbi estetik qurğular və təmrinlər ilə Şeno Metodu prosedurları və arıqladıcı pəhriz ilə kombinə olunur. Bu proqram, qısa müddətdə güclü və effektiv nəticə əldə etməyə imkan verir. Tibbi qiymətləndirmədən sonra prosedurlar hər bir şəxsin individual ehtiyaclarına uyğunlaşdırılır və davamlı olaraq ixtisaslaşmış mütəxəssislər tərəfindən nəzarət altında saxlanılır. Bu proqram, hər hansı bir tədbirdən öncə öz görünüşünü yaxşılaşdırmaq, yenidən öz formasına qayıtmaq istəyənlərə tövsiyə olunur.
Proqrama daxildir:
• 3 Tibbi Konsultasiya
• Proqramın əvvəlində, ortasında və sonunda Qidalanma ilə bağlı 3 Konsultasiya
• İndividual Arıqlama Pəhrizi
• Arıqlama Pəhrizi Əlavələri
• Şeno Qabaqcıl Tibbi Diaqnostikası:
- Yaşlanma ilə əlaqədar Vaskulyar Sərtləşmə
- Mineral və Ağır Metallar ilə İntoksikasiyanın Analizi
- Oksidativ Stress Qiymətləndirilməsi
- Proqressiv Qlikasiya Son Məhsullarının ölçülməsi AGE-lər
- Dəridə Kollagen sıxlığının Qiymətləndirilməsi
• Dinc halda 1 Metabolik Qiymətləndirmə
• Fitness Proqramı ilə bilikdə 1 Kardiorespirator Qiymətləndirmə
• 1 Qamət və Hərəkət Qiymətləndirilməsi
• 2 Bədən Quruluşu Analizi
• 4 Sistematik Vita-Miks Əlavələri
• 7 Şeno Enerji Massaji
• 4 Şeno Abdominal və ya Sellülit Proseduru
• 7 Hidro-Aromaterapiya Proseduru
• 7 Fito-Palçıq Proseduru
• 7 Hidro-Şırnaq Proseduru
• 6 Lipolitik Qabaqcıl Texnologiya Sessiyası
• 8 İndividual Təlim Sessiyası (Hipoksik, Anti-qravitasion və Vakuum Prosedurları)
• İdman zalına, qapalı hovuza, sauna və buxar hamamına pulsuz giriş.
* Yeni Şeno Qabaqcıl Tibbi Diaqnostikası, bizim ixtisaslaşmış tibbi mütəxəssislərimizin holistik və sistematik metodlardan istifadə edərək həyata keçirdikləri yoxlamalar sayəsində Sağlamlıq Vəziyyətini qiymətləndirməsi və qonaqlarımızın ehtiyaclarını aşkar edərək, individual müalicə planının yaradılmasından ibarətdir. Bizim qabaqcıl tibbi skrinninq testləri, həyat tərzinin sağlamlıq və rifaha təsiri üzərinə konsentrasiya olunur.
İlkin tibbi konsultasiyadan (seçimə bağlıdır, qiymətə daxil deyil) əlavə skrinninq testləri və faydalı prosedurlar:
• Müəyyən göstəricilər üçün qan və/və ya sidik nümunələrinin biokimyəvi analizi
• Sistematik Ozon Tətbiqi
• Bütün orqanizmin Krioterapiyası Proseduru
• Yüksək tonlu Enerji Proseduru
• Nevroloji Prosedurlar
6) 3-Günlük Aktiv Detoks Proqramı – bir nəfər üçün 1580 Avro
Bu proqram, bədənin qısa müddətə, lakin effektiv fiziki və əqli detoksikasiyasını stimulyasiya etmək və onu enerji ilə təmin etmək məqsədi daşıyır. O, pəhriz planı ilə birlikdə Şeno Metodu prosedurlarını kombinə edir. Bu proqram, həyat tərzini dəyişmək istəyənlərə və ya il ərzində 4-6 dəfə müntəzəm təmizlənmə kimi tövsiyə olunur.
Proqrama daxildir:
• Tibbi Konsultasiya
• Detoksikasiyaedici Pəhriz
• 1 Bio-Enerji Yoxlanılması
• 3 Şeno Enerji Massajı
• 3 Hidro-Aromaterpiya Proseduru
• 3 Fito-Palçıq Proseduru
• 3 Hidro-Şırnaq Proseduru
• 1 Əl ilə Limfatik Massaj
• 1 LED Biofotomodulyasiya Proseduru
• İdman zalına, qapalı hovuza, sauna və buxar hamamına pulsuz giriş.
Tibbi konsultasiyadan sonra bir sıra əlavə prosedurlar həyata keçirilə bilər.

Book Tour